ABŞ-la Azərbaycan uzun müddətdir mühüm strateji əməkdaşlıq edir - Ceyms Devid Vens

19:39 10.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“ABŞ Prezidentinin şəxsi salamlarını Sizə və Azərbaycan xalqına çatdırıram”.

Hafta.az xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Vens bildirib ki, ABŞ-la Azərbaycan uzun müddətdir mühüm strateji əməkdaşlıq edir: “Bəlkə də çoxu bilmir, amma Əfqanıstandan çıxan son ölkələrdən biri Azərbaycandır. Əməliyyatları çətin şəraitdə apardıq və həmin vaxt nüfuzu qoruyub saxlaya bildik”.